2024-cü ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb.
Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, ötən il ölkədə 1 yaşadək ölən uşaqların sayı 1420 nəfər təşkil edib ki, onların 751 nəfəri şəhər yerlərində, 669 nəfəri isə kənd yerlərində qeydə alınıb.
Statistikanın rəsmi göstəricilərinə görə, hər 1000 diri doğulana düşən uşaq ölümü əmsalı 13,9 olub. Bu rəqəm şəhər yerlərində 15,2, kənd yerlərində isə 12,6 səviyyəsində qeydə alınıb.
Aqil Qarayev