“Qarabağ” ölkəmizin UEFA reytinqinə növbəti töhfəni verib.
Ulusal.az xəbər verir ki, ağdamlılar buna dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”u məğlub etməklə (3:1) nail olub.
Bu qələbə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını artırıb. “Qarabağ” qalib gəlməklə ölkənin aktivinə 0.250 xal yazdırıb.
Azərbaycan reytinqdə 19.500 xalla 28-ci sıradadır. 27-ci pillədə yer alan Ukraynanın isə 19.725 xalı var. Azərbaycan avrokuboklarda yalnız “Qarabağ”la təmsil olunur. Ukraynanın isə 3 klubu hələ də yarışda mübarizəni davam etdirir.