"Çocuklar Duymasın" serialında canlandırdığı "Meltem" rolu ilə tanınan aktrisa Pınar Altuğ, sosial mediada paylaşdığı yoga görüntülərinə gələn tənqidlərə biganə qalmayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktrisa bir izləyicisinin "Qadın yoqa müəllimi yox idimi?" sualına, "Niyə? Siz hər toxunduğunuz qarşı cinsə hallanırsınızmı?" cavabını verərək gündəm olub.
2008-ci ildə həmkarı Yağmur Atacan ilə ailə quran və bir il sonra qızı Su-nu dünyaya gətirən Altuğ, 17 illik evliliyini davam etdirir. 50 yaşına çatmasına baxmayaraq fit görünüşü ilə tez-tez gündəmə gələn aktrisa, sağlam həyat tərzi və idmana verdiyi önəmlə də tanınır.
Tətildə də idmanını davam etdirən Pınar Altuğ, yoga müəllimi ilə birlikdə etdiyi akrobatik hərəkətləri bağında çəkərək sosial şəbəkədə paylaşıb. Qısa müddətdə minlərlə bəyəni toplayan görüntülər izləyicilərin marağına səbəb olub. Bir çox izləyici "Gənclik iksiri səndəsən" və "Hər keçən il daha da gözəlləşirsən" kimi rəylərlə aktrisaya təriflər yağdırsa da, bəziləri isə tənqidi fikirlər səsləndirib.
Altuğ-un müəllimi ilə yaxın təmas tələb edən hərəkətlər etməsini bəyənməyən istifadəçilər, "Başqa bir kişi ilə bu qədər təmasa nə ehtiyac var?", "Yağmur bəy heç reaksiya vermədi mi?" kimi şərhlər yazıblar. Bir izləyici isə "Qadın yoqa müəllimi yox idimi?" sualı ilə aktrisanı hədəfə alıb.
Bu tənqidə cavabsız qalmayan Pınar Altuğ, "Niyə? Siz hər toxunduğunuz qarşı cinsə hallanırsınızmı?" deyə reaksiya verib. Onun bu sözləri sosial mediada qısa zamanda gündəm olub və izləyicilər arasında müzakirələrə səbəb olub.