RU

Magistraturaya əlavə qəbul olanların NƏZƏRİNƏ

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olan namizədlərin qeydiyyat prosesinə avqustun 21-i saat 11:00-da start veriləcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat avqustun 28-i saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr “portal.edu.az” və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.

Gülşən Rəsul

Избранный
33
16
tribunainfo.az

10Источники