RU

Kənan MM-in həyat yoldaşından boşanması xəbəri YALANDIR

Avqustun 19-da müğənni Aygün Mahmudova ilə rejissor Kənan Mahmudovun (MM) boşanması ilə bağlı Bizim.Media informasiya portalında xəbər dərc olunub.

“Aygünlə Kənan ayrılıb? – FOTO” başlıqlı xəbərdə Kənan Mahmudovla Aygün Mahmudovanın boşanması ilə bağlı şayiələrin yayıldığı qeyd olunub. Buna səbəb kimi cütlüyün sosial mediada bir-birini izləmədən çıxarması göstərilib.

Kənan Mahmudov Bizim.Media-ya açıqlamasında boşanma iddialarını təkzib edib və yayılan şayiələrin həqiqətə uyğun olmadığını bildirib.

Həmin xəbərin müəllifi olan Bizim.Media informasiya portalının əməkdaşına töhmət verilib və həmin əməkdaş Kənan Mahmudovdan dəqiqləşdirilməmiş xəbəri işıqlandırdığı üçün üzr istəyib.

Kənan Mahmudova və həyat yoldaşı Aygün Mahmudovaya redaksiyamız adından möhkəm ailə səadəti arzulayırıq.

Bizim.Media   

Избранный
47
bizim.media

1Источники