RU

“Bakıda çox böyük sürprizlər edə bilərlər” - Video

Xəbər verdiyimiz kimi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”u məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, 1:3 hesabı ilə azarkeşləri sevindirən Ağdam klubu bu gün Bakıya qayıdıb.

Klubun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Qurbanov futbolçularının mübarizəsindən razılıq edib, həmçinin cavab oyunu üçün arxayın olmamağın vacibliyini diqqətə çatdırıb:

“Komandamız yaxşı oyun oynadı. Oyunçular mübarizədən çəkinmədilər və düzgün qərarlar verdilər. Buna baxmayaraq, ilk hissədə qol buraxdıq. İkinci hissədə isə geridönüş etməyi bacardıq. Oyun çox maraqlı oldu. Rəqibin tam gücü bu deyildi. Üstünlük bir az bizim tərəfimizdədir, qətiyyən belə fikir yoxdur ki, 3:1 hesabı ilə qalib gəlmişik və Bakıda bizim üçün çox rahat olacaq . Əksinə, biz rəqibi, onlar da bizi yaxşı tanıdılar. Ola da bilər ki, Bakıda çox böyük sürprizlər etsinlər”.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.

Избранный
31
10
qafqazinfo.az

10Источники