RU

Azərbaycan Premyer Liqasında son 10 ildə ilk dəfə baş verib

Bakı.Trend:

Misli Premyer Liqasının 2025/26 mövsümünün startı heç-heçələrləzəngin olub. I turun baş tutan 5 oyununda üçü sülhlənəticələnib.

Trend PFL-əistinadən xəbər verir ki, “Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” –“Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabıqeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub.Həmin vaxt da 5 matç baş tutub. Startda daha çox heç-heçəyə sonuncudəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşündördündə qalib müəyyənləşməyib.

Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub.Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startındaən aşağı göstəricidir. Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm2,00 olub.

Qeyd edək ki, I turun bir matçı təxirə salınıb.

Məqalədə:
Избранный
32
20
az.trend.az

10Источники