RU

Məscidə hücum: 13 nəfər öldürüldü

Nigeriyada bir məscidə edilən silahlı hücum nəticəsində 13 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriyanın Katsina əyalətində yerləşən bir məscidə silahlı hücum təşkil edildiyi və nəticədə 13 nəfərin öldüyü bildirilib.

Katsina əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Nasir Muazu bildirib ki, silahlı dəstə üzvləri Mantau bölgəsində sübh namazına gələn insanlara atəş açıblar.

Muazu hücum nəticəsində 13 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını qeyd edib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Избранный
7
1
cebheinfo.az

2Источники