Rusiyanın Əməkdar artisti Sofya Şelmenkina Nijni Novqorod vilayətində meşədə azaraq vəfat edib.
Kulis.az xəbər verir ki,Nijni Novqorod Dövlət Akademik Kukla Teatrı 79 yaşlı aktrisanın faciəli ölümü ilə bağlı xəbəri təsdiqləyib.
Qeyd edək ki, xilasedicilərin məlumatına əsasən, sənətçi avqustun 7-də Semyonov rayonunda meşəyə gedib, uzun müddət əlaqə saxlamayıb və bir müddət sonra isə onun meyiti tapılıb.