RU

Əfqanıstana miqrant aparan avtobus qəzaya düşdü, 79 nəfər ölüb - YENİLƏNİB

"Ford" GT Mk IV adlı məhdud yarış avtomobillərinin istehsalı başa çatır.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, "Ford Performance" superkarların üçüncü və son partiyasının istehsalına başlanılması üçün hazırlıqlar aparır və bundan sonra konsern unikal modellə vidalaşacaq.

"Ford GT Mk IV" ilk olaraq 2022-ci ildə buraxılıb. Brendin 1967-ci ildə Le Mandakı qələbəsinə həsr olunmuş ekstremal trek avtomobili 3,8 litrlik V6 (820 at gücü) mühərrik və altı pilləli sürətlər qutusu ilə təchiz edilib.

Avtomobilin ilkin qiyməti 1,7 milyon dollardır. "Ford GT"lərdən cəmi 67 nüsxə buraxılması planlaşdırılır.

Avtomobillərin alınması ilə bağlı müraciətlər yalnız oktyabrın 15-dək qəbul edilir.

Избранный
15
avtosfer.az

1Источники