RU

Bakıda günəş panelləri oğurlandı

Bakının Xəzər rayonunda talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Ekologiya.az-a verilən xəbərə görə, Qala qəsəbəsi ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.


Избранный
82
11
ekologiya.az

10Источники