RU

400 mindən çox əcnəbi gənc Almaniyada təhsil alır

Almaniya 2024/2025-ci tədris ilində beynəlxalq tələbələrin sayında yeni rekorda imza atıb. Rəsmi məlumatlara görə, ölkədə hazırda 400 mindən çox əcnəbi tələbə təhsil alır. Bu, ötən illə müqayisədə təxminən 7 faizlik artım deməkdir.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, ən çox artım magistr proqramlarında qeydə alınıb. İqtisadiyyat, mühəndislik və süni intellekt sahələri tələbələrin ən çox maraq göstərdiyi ixtisaslar sırasında yer alır.

Mütəxəssislər bildirirlər ki, Almaniyanın təhsil sistemində təhsil haqqının əksər hallarda olmaması və geniş təqaüd imkanları ölkəni gənclər üçün daha cəlbedici edib. Bununla yanaşı, məzunlara təqdim edilən 18 aylıq iş axtarma vizası da beynəlxalq tələbələrin Almaniyanı seçməsində mühüm rol oynayır.

Beləliklə, Almaniya tədricən Avropada beynəlxalq tələbələrin əsas mərkəzlərindən birinə çevrilir.

Избранный
20
azedu.az

1Источники