RU

Saakaşvili Vaşinqton görüşünü "Zelenskinin zəfəri” adlandırdı - Rusiya üçün əsrlərin ən böyük məğlubiyyəti...


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ və Ukrayna prezidentlərinin Vaşinqtondakı son görüşünü şərh edərək, bunu "Zelenskinin zəfəri” adlandırıb.

Onun sözlərinə görə, görüşün əsas mövzusu Tramp və avropalıların razılaşdığı Ukraynaya Amerika və Avropa hərbi müdafiə zəmanətlərinin verilməsi olub ki, bu da NATO Müqaviləsinin 5-ci maddəsinə bənzər müdafiənin alınması deməkdir.

"Putin Zelenski ilə görüşməyə razılıq verdi, amma əslində onun başqa seçimi yoxdur, çünki Rusiya büdcəsi tarixdə ən böyük kəsirə malikdir. Ruslar nəinki cəbhədə hücuma keçə bilmir, Ukrayna da hücuma keçib. Putin sadəcə olaraq müharibənin sonunu onun məğlubiyyəti kimi göstərməməyə çalışır...

"Lakin bu, istənilən halda Rusiya üçün əsrlərin ən böyük məğlubiyyətidir və bu, istər-istəməz bizim regionda böyük dəyişikliklərə gətirib çıxaracaq”, - deyə Saakaşvili "Facebook" səhifəsində yazıb.

ZÜMRÜD

Избранный
47
4
baki-xeber.com

5Источники