RU

Azərbaycan Trampı Nobel mükafatına layiq gördü – “101% haqq edir”

Azərbaycan ABŞ-la milli təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Axios” nəşrinə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Tramp administrasiyasının vasitəçiliyi ilə imzalanmış sülh bəyanatından sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub və bütün istiqamətlərdə – iqtisadiyyat, enerji, müdafiə, siyasət, təhsil, texnologiyalar və süni intellekt sahəsində ABŞ-la sıx əməkdaşlıq edəcək.

Xəzər İbrahim ABŞ prezidenti Donald Trampa minnətdarlığını ifadə edib və onun Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb:

“Çox qısa bir müddətdə – cəmi 6 ay ərzində onun bacardığını 30 ildən artıq dövrdə heç kim bacarmamışdı. Tramp bu mükafatı 101% haqq edir”, – deyə o bildirib.

Səfir həmçinin Ağ Evin xüsusi elçisi Stiv Uitkoffun mart ayında Azərbaycana səfərinin mühüm rol oynadığını qeyd edib.

Избранный
29
2
veteninfo.az

3Источники