ain.az, Modern.az portalına istinadən məlumat verir.
Bakı Mühəndislik Universitetində (BMU) tələbələrlə işləmək mənim üçün olduqca faydalı və dəyərli bir təcrübədir.
BMU-dan Modern.az-a bildirilib ki, bunu İNHA Universitetinin müəllimi Hyo Joon An deyib. BMU-da tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan yay məktəbində azərbaycanlı tələbələrə “Genişləndirilmiş struktur analizi” fənnini tədris edən Hyo Joon An bildirib ki, bu dərsdə o, tələbələrə struktur və təhlükəsizlik haqqında biliklər öyrədir.
“Burada BMU tələbələrinin inşaat mühəndisliyi və digər ixtisaslarda çox yaxşı təcrübəsi olduğunu görürəm. Bu fənni tələbələrə tədris etdiyim üçün çox sevincliyəm. Uğurlu əməkdaşlıq həm İNHA Universiteti, həm də Bakı Mühəndislik Universiteti üçün çox dəyərli bir imkandır”, - deyə koreyalı müəllim qeyd edib.
Üçhəftəlik yay tədris prosesi BMU ilə İNHA arasında həyata keçirilən tam dövlət təqaüdlü ikili diplom proqramının tərkib hissəsidir. Builki yay məktəbinə İNHA Universitetinin 15 nəfərlik professor-müəllim heyəti cəlb olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.