RU

Bu ilin ilk yarısında 95 milyon manatlıq təbii qaz itkiyə gedib


Bu ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 milyard 613,1 milyon kub metr təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təbii qaz üzrə ehtiyatların 29,3%-i (6,3 milyar kub metr) ölkə daxilində istehlak edilib, 58,7%-i (12,6 milyard kub metr) ixrac olunub, 2,4%-i (518,7 milyon kub metr) itkiyə gedib, 9,6%-i (2,1 milyard kub metr) isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Qeyd edək ki, Azərbaycanda əhaliyə satılan təbii qazın hər 1000 kub metrinin orta satış qiyməti 183 manat təşkil edir. Bu isə 6 ayda təxminən 95 milyon manatlıq təbii qazın itkiyə getdiyini göstərir.
Ölkə daxilində istehlak edilən təbii qazın 59,2%-i istehsal ehtiyaclarına sərf edilib, 40,8%-i isə əhaliyə satılıb.
Bu ilin yanvar-iyun aylarında 12 milyard 682,1 milyon kub metr və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3% az təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2 milyard 584,8 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8% çox təbii qaz istehlak edilib ki, onun da 36,8%-i Bakı payına düşüb.

Elnur Əli
Избранный
13
2
yeniavaz.com

3Источники