Ötən gün Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində quru ot və kol-kos yanıb.
Əməli törədən L. Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.