RU

Dövlətə xəyanətdə ittiham olunan Ukrayna deputatı Dubayda tutuldu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti Ukrayna Ali Radasının deputatı Fedor Xristenkonu saxlayıb. O, Ukraynadan xüsusi hərbi əməliyyat başlayandan sonra ölkəni tərk etmiş və dövlətə xəyanətdə ittiham olunmuşdu.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna nəşri Strana.ua deputatın həyat yoldaşı Marina Xristenkoya istinadla məlumat yayıb.

Məlumatda bildirilir: “Ukraynanın sorğusu əsasında BƏƏ-də Ukraynaya ekstradisiya üçün deputat Fedor Xristenko saxlanılıb. Onu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyaya işləməkdə ittiham edir.”

Избранный
36
nocomment.az

1Источники