RU

“İnter” onları ingilislərə satmadı

Alessandro Bastoni və David Frattezinin İngiltərəyə yollanmaq şansı olub. Lakin “İnter” futbolçularını satmayıb.

“La Gazzetta dello Sport”un məlumatına görə, “Çelsi” Bastoni üçün milanlılara 50 milyon avroluq təklif göndərib. Lakin “İnter” təklif dərhal rədd edib. Frattezi ilə isə “Nottingem Forest” maraqlansa da, İtaliya nəhəngi bu təklifə də “yox” cavabı verib.

Qeyd edək ki, Bastoni 2018-ci ildən “İnter”in oyunçusudu. Frattezi isə 2023-cü ildən bu klubda çıxış edir.

Избранный
17
1
football-plus.az

2Источники