RU

Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasimi keçiriləcək

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

Nazirin sözlərinə əsasən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.

A. Uraloğlu bu xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib.

“Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt ildə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşa ediləcək”, – Uraloğlu qeyd edib.

Onun sözlərinə görə, təməli atılacaq bu xətt Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:

“Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmiryolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq. Bundan əlavə, bu xətt Trans-Xəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək. Orta Dəhlizin dəmiryolu və avtomobil yolu yükdaşıma qabiliyyəti artacaq”.

Избранный
97
24
qafqazinfo.az

8Источники