RU

Ailələr hansı hallarda xoşbəxt olurlar?

Xoşbəxt ailə sağlam cəmiyyətin təməlidir.

Xoşbəxt  ailənin hansısa düsturu varmı? Ailələr hansı hallarda xoşbəxt olurlar?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd edib ki, uğurlu, xoşbəxt ailə hər bir insanı psixoloji olaraq tənhalıqdan qurtarır:

"Cəmiyyətdə insanın üzərinə gələn neqativ enerjidən azad olmaq, öz  daxili rahatlığını bərpa etmək məkanıdır. Ailədə ən önəmli şey ahəngdarlığın olmasıdır. O ailə də ki, ahəngdarlıq var, həmin ailədə xoşbəxtlik var deməkdir. Ahəngdarlığı pozulan ailə heç vaxt xoşbəxt ola bilməz. Bu gün Azərbaycan ailələrində böyük bir gərginlik var. Bu gərginlikdə isə gələcək nəsillər böyüyür. Gərginlik olan ailədə xoşbəxlikdən söhbət gedə bilməz.  Xoşbəxt ailə həm də sağlam cəmiyyətin qarantı olduğundan bu məsələdə ailələrin üzərinə böyük məsuliyyət düşür”.

Sevinc

Избранный
60
17
hit.az

10Источники