RU

Siçan, mozalan və göbələklər kosmosa göndəriləcək

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Baykonur kosmodromunda buraxılış günüdür. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, “Bion-M” №2 bioloji peykini daşıyacaq kosmik raketin buraxılışı avqustun 20-də saat 22:13-də Baykonur kosmodromunun 31-ci bölməsindən planlaşdırılır. “Bion-M” №2 kosmik gəmisi böyük tibbi-bioloji laboratoriyadır və onun göyərtəsində 75 siçan, mozalan, bitki və göbələklər kosmosa rahat şəraitdə göndəriləcək.

Peykdə radiasiya səviyyəsinin Yerə yaxın orbitə nisbətən təxminən 30% yüksək olduğu qütb orbit şəraitinin canlılara təsirinin bəzi aspektləri öyrəniləcək. Alimlərin fikrincə, bu, gələcəkdə insanları uzaq məsafələrə kosmik səyahətə hazırlamağa, uyğunlaşma mexanizmlərini və uçuşdan sonra yenidən adaptasiyanı öyrənməyə imkan verəcək.

Canlı orqanizmlərin olduğu eniş kapsulunun 30 gün sonra Yerə dönəcəyi planlaşdırılır.

Unikal bioloji laboratoriyanın işə salınmasını müşahidə etmək üçün Baykonur kosmodromuna çoxlu sayda qonaq və turist gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
avtosfer.az

2Источники