Ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq beş ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Tamerlan Sadıqov martın 20-də itkin düşdükdən sonra Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. Sezar pizza
Prokurorluğun icra etdiyi istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual tədbirlər nəticəsində T.Sadıqovun həmkəndlisi, 1998-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.
Tamerlan Sadıqovun meyiti basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.
Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Telegram kanalımız