İsrail Müdafiə Ordusu Qəzzaya nəzarəti ələ keçirmək üçün quru əməliyyatına start verib və şəhərin kənar ərazilərini tutub.
Bu barədə ordunun nümayəndəsi, briqada generalı Effi Defrin məlumat verib.
İsrail Müdafiə Nazirliyi əlavə olaraq təxminən 60 min ehtiyat hərbçinin xidmətə çağırılacağını, gündəliklərin isə bu həftə ərzində göndəriləcəyini açıqlayıb. Avqust ayının sonuna qədər daha 20 min nəfərə çağırış vərəqəsi təqdim olunacaq.
Generalın sözlərinə görə, ÇAXAL Qəzza sakinlərinin təhlükəsiz zonalara təxliyəsi, humanitar yardım və tibbi xidmətlərlə təmin olunması üzərində də çalışır./Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта