RU

MİQ üzrə müsahibələrin ilk günündə 872 nəfər dəvət olunub

Avqustun 20-də rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunub.Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki,müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin ilk günündə 872 nəfər dəvət olunub.

Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Избранный
25
32
anews.az

10Источники