TOVUZ, 20 avqust. TELEQRAF
Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
İlkin məlumata görə, bir neçə nəfər dönərdən zəhərlənib. Həmin şəxslər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanılıb.