Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media