Bakının Nərimanov rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 21-i saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Qaz verilişində fasilə Nərimanov rayonunun H.Əliyev prospekti, Ə.Əliyev, N.Hacıyev, Təbriz, Ə.Orucəliyev, F.Yusifov, A.Nemətulla, M.Məmmədzadə və A.M.Cümə küçələrini əhatə edəcək.
Tarix: 20 Avqust 2025, 23:38