RU

“Prezident hər məşqə gəlib meydanın bir başında dayanırsa, bu, yaxşı hal deyil”

“Klubda hər kəsin öz işi var.

Belə də olmalıdır. “İnter”də rahat idim. “Qəbələ”də də rahatam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Azərbaycan çempionu, “Birlik kuboku”nin qalibi, gümüş medalçı, ölkə kubokunun finalçısı... “İnter” onun yadına düşür?

Gürcüstanlı mütəxəssis deyib:

“Məşqçilik karyeramın ən parlaq dönəmi idi. 6 il zarafat gəlməsin sizə.

“İnter”də yüküm ağır idi, meydandan kənarda əlavə suallar var idi ki, onları da həll etməliydim.

Sonradan başa düşdüm ki, əlavə işlər mənə mane olur. Çəkildim kənara.

Bu gün “Qəbələ”də rahatam. Çünki yalnız futbolla bağlı məsələlərə vaxt ayırıram.

Prezident hər məşqə gəlib meydanın bir başında dayanırsa, futbolçular da məşqçi ilə yox, onunla danışırsa, bu, yaxşı hal deyil.

“Qarabağ”a və Qurban Qurbanova baxın. 2008-ci ildən oradadır və futbolla bağlı bütün suallara cavabdehlik daşıyır”.

Избранный
23
sportinfo.az

1Источники