ŞƏMKİR, 20 avqust. TELEQRAF
Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, təxminən 11 nəfər böyük yaşlı şəxs və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həmin şəxslərin vəziyyəti orta-ağırdır. Hadisənin təfərrüatı araşdırılır.