RU

Azərbaycanda yaşayış evləri bahalaşıb- Rəsmi

Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 100,2 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1 faiz, yol və körpü tikintisi üzrə isə 100,5 faiz təşkil edib.
ONN media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi isə 101,1 faizə bərabər olub.
Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərini təqdim edirik:

2025-ci ilin II rübü 2025-ci ilin I rübünə nisbətən, faizlə
2025-ci ilin II rübü 2024-cü ilin II rübünə nisbətən, faizlə
2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi-cəmi
100,2
101,5
101,6
Yerüstü tikililər üzrə qiymət indeksi
100,1
101,3
101,3
yaşayış evləri üzrə qiymət indeksi
100,0
101,0
101,1
5 mərtəbəyə qədər yaşayış evləri
100,1
101,2
101,4
6 və daha çoxmərtəbəli yaşayış evləri
100,0
100,9
101,1
sosial təyinatlı binalar üzrə qiymət indeksi
100,1
101,1
101,2
inzibati tikililər
100,3
101,5
101,7
ümumtəhsil məktəbləri
100,0
101,1
101,1
istehsal təyinatlı obyektlər üzrə qiymət indeksi
100,6
103,3
102,9
sənaye obyektləri
100,6
103,3
102,9
Yol və körpü tikintisi üzrə qiymət indeksi
100,5
103,0
102,8
yol tikintisi
100,6
103,3
103,0
körpü tikintisi
99,7
101,0
101,5
Избранный
51
23
onn.az

10Источники