Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşmək niyyətində deyil.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Prezident Vladimir Putin Zelenski ilə görüşə razılıq verməyib.
Nazir qeyd edib ki, belə bir sammit hazırda gündəmdə deyil:
“Biz istənilən formata hazırıq, lakin yüksək səviyyəli görüşlərə gəldikdə, onları əvvəlki bütün mərhələlərdə çox diqqətlə hazırlamaq lazımdır ki, sammitlər vəziyyətin pisləşməsi ilə nəticələnməsin, əksinə, davam etdirməyə hazır olduğumuz danışıqlarda həqiqətən də nöqtə qoysun. Zelenski-Putin görüşü yekun mərhələdə baş tuta bilər”, – Segey Lavrov vurğulayıb.
O, həmçinin bildirib ki, Vaşinqtonda Zelenski və Avropa liderləri ilə görüşdə ABŞ prezidenti Donald Tramp Kreml rəhbərinə zəng edəndə Vladimir Putin “nümayəndə heyətlərinin başçılarının səviyyəsinin artırılması haqqında düşünməyi təklif edib”, bu isə heç də prezidentlərin görüşü anlamına gəlmir.
Qeyd edək ki, AFP-nin iddiasına görə, Kreml rəhbəri ukraynalı həmkarı ilə Moskvada görüşməyi təklif edib./Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта