RU

Putinin Alyaska ümidləri puça çıxdı – Vaşinqton sammiti Kremlin planlarını alt-üst etdi

The Washington Post son sammitlərin nəticələrini təhlil edərək yazır: Putinin Alyaskada şansı vardı, lakin Vaşinqtondakı görüşlər göstərdi ki, Kreml sahibi ABŞ-ı öz baxışına yönəltmək istəyində gücünü olduğundan artıq qiymətləndirib.

Qəzet yazır ki, əslində sülh sazişi imkanı mövcud olsa da, Putin kompromisə getmək istəmədi. Onun Ukrayna üzərində hərbi qələbəyə əsassız inamı, Tramp ilə isti münasibətlərdən faydalanmaq fürsətini əldən vermək təhlükəsini yaratdı. Bu mövqe həm də müharibənin uzanmasına gətirib çıxardı.

Sammitlərdən sonra Rusiya prosesi irəli aparmaq üçün tövsiyə olunan addımlara ardıcıl şəkildə mane oldu. Bu isə Putinin Tramp ilə eyni tempdə hərəkət etməyə hazır olmadığını göstərdi. Bununla belə, Kremlin sahibi vaxt qazanmağa nail oldu – o, Trampı atəşkəs tələbini masadan çıxarmağa inandırdı və bunun əvəzində Rusiyadan illərlə davam edə biləcək hərtərəfli sülh sazişi tələb olunmadı. Beləliklə, Moskva ABŞ-ın yeni sərt sanksiyaları ilə üzləşmədən müharibəni davam etdirmək imkanı qazandı.

Lakin bazar ertəsi Trampın Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşü Putinin mövqeyini sarsıtdı. Sammit Avropanın Ukraynanın müstəqilliyi və güclü ordusu uğrunda mübarizəni qətiyyətlə dəstəklədiyini nümayiş etdirdi. Bu isə Putinin uzunmüddətli planının – Ukraynaya tam nəzarəti təmin etmək və ABŞ-ı Avropadan uzaqlaşdırmaq strategiyasının iflasa uğradığını ortaya qoydu.

Görüş həm də məsuliyyət yükünü yenidən Putinin üzərinə qoydu. Ondan gözlənilir ki, sülh prosesində növbəti addımı ataraq Zelenski ilə görüşə razılıq versin. Halbuki Ankoricdə keçirilən sammitdən sonra rus millətçi şərhçiləri əmin idilər ki, Putin Trampı Zelenskiyə əlverişsiz sazişi qəbul etdirməyə razı sala bilib. İndi isə həmin çevrələrdə açıq məyusluq hiss olunur.

Bundan başqa, Putinə ABŞ-Rusiya iqtisadi əməkdaşlığını müzakirəyə çıxarmaq və bunu Moskvanın mövqeyini qəbul etdirmək üçün “kozır” kimi istifadə etmək də mümkün olmadı. Rusiyadakı Karnegi Avrasiya Mərkəzinin aparıcı tədqiqatçısı Tatyana Stanovaya qeyd edib: “Putin Trampı iqtisadi əməkdaşlığın üstünlüklərinə cəlb etməyi ümid edirdi, amma çox şey işə yaramadı.”

Musavat.com

Избранный
19
editor.az

1Источники