RU

Rusiyada azərbaycanlı blogerin şirkəti ləğv edildi

Rusiya Federal Vergi Xidməti milyonçu-bloger Hüseyn Həsənovun şirkətinin ləğv edilməsi barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bloger şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni təsis edib. Şirkətin hüquqi ünvanının, eləcə də vəzifəli şəxslər haqqında məlumatların etibarsız olduğu iddia edilir. Şirkətin hesabları artıq bloklanıb.

Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumi məbləği 2 milyon 675 min rubl olan iki iddia qaldırılıb. Məlum olduğu kimi, Həsənov məhkəmə proseslərindən az əvvəl şirkətin təsisçiləri sırasını tərk edib.

Избранный
68
7
bakivaxti.az

10Источники