RU

Rusiyada azərbaycanlı bloqerin şirkəti ləğv edildi

Rusiya Federal Vergi Xidməti bloqer Hüseyn Həsənovun şirkətini ləğv edib.

Moderator.az xəbər verir ki, bu barədə "Zvezdaç" "Telegram" kanalı məlumat yayıb.

Bloqer şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni təsis edib. Lakin şirkətin hüquqi ünvanı və əməkdaşları haqqında məlumat etibarsız olub.

İndi Rusiyanın Federal Vergi Xidməti şirkəti ləğv etmək qərarına gəlib və hesabları artıq bloklanıb.

Bundan əlavə, H.Həsənovun kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl məbləğində iki iddia qaldırılıb. Bloqer məhkəmələrə az qalmış təsisçilər heyətini tərk edib.

Xatırladaq ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi milyonluq izləyicisi olan bloqeri çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. O, qiyabi həbs edilib və indi onu 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir.

H.Həsənov ona qarşı məhkəmə işi açılandan dərhal sonra Moskvadakı mənzilini satıb.

Избранный
76
13
moderator.az

10Источники