RU

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin vəziyyəti açıqlandı - YENİLƏNİB

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az
xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

01:39

Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi açıqlanıb.

Redaktor.az
xəbər verir ki, zərərçəkənlər aşağıdakılardır:

  • 1991-ci il təvəllüdlü V. Hüseynov

  • 2019-cu il təvəllüdlü D. Bayramlı

  • 2014-cü il təvəllüdlü X. Abbasova

  • 1987-ci il təvəllüdlü G. Babayeva

  • 2020-ci il təvəllüdlü Ö. Abbasov

  • 2011-ci il təvəllüdlü Ş. Babayeva

  • 2013-cü il təvəllüdlü Q. Babayev

  • 2016-cı il təvəllüdlü H. İsmayılov

  • 2022-ci il təvəllüdlü A. Hüseynova

  • 2005-ci il təvəllüdlü N. Nağıyeva

  • 2002-ci il təvəllüdlü A. Muradov

  • 2019-cu il təvəllüdlü S. İsmayılov

  • 1978-ci il təvəllüdlü E. Muradova

  • 2020-ci il təvəllüdlü A. Qurbanova

  • 1986-cı il təvəllüdlü G. İsmayılova

  • 1998-ci il təvəllüdlü A. Vəlizadə

  • 1996-cı il təvəllüdlü T. Süleymanova

  • 1975-ci il təvəllüdlü R. Əhmədova

  • 1986-cı il təvəllüdlü G. Bayramlı

  • N. Süleymanlı

 Məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti hazırda normaldır (apa).

***

00:12

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, 20 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həmin şəxslərin vəziyyəti orta-ağırdır. 

Hadisənin təfərrüatları araşdırılır.

Xatırladaq ki, bu gün Tovuzda da 4 nəfər dönərdən zəhərlənib.

2
Избранный
41
4
redaktor.az

10Источники