RU

Nigerdə daşqınlar 47 nəfərin həyatına son qoyub

Nigerdə daşqınlar nəticəsində ən azı 47 nəfər həlak olub, 56,7 mindən çox insan zərər çəkib.

"Report" xəbər verir ki, bu barədə "Journal du Niger" qəzeti Afrika dövlətinin Mülki Müdafiə Baş İdarəsinin məlumatlarına istinadən bildirib.

Nəşrin məlumatına görə, adətən, səhra və quraq iqlimə malik olan ölkə bir neçə həftədir davam edən güclü yağışlar nəticəsində böyük humanitar fəlakətlə üzləşib.

Niger çayında su səviyyəsi kəskin şəkildə qalxıb və bir çox yerlərdə daşqın əmələ gəlib. Fəlakət 339 yaşayış məntəqəsinə təsir edib.

Sinoptiklərin məlumatına görə, yaxın vaxtlarda hava şəraitinin yaxşılaşması gözlənilmir.

Избранный
14
1
report.az

2Источники