RU

Soyuducunun qapısında hansı məhsullar saxlana bilər? Mütəxəssislər izah edir

ain.az bildirir, Milli.az portalına istinadən.

Soyuducunun qapısı cihazın ən isti hissəsi hesab olunsa da, bəzi məhsullar burada təhlükəsiz şəkildə saxlanıla bilər.

Milli.Az xəbər verir ki, Rusiya istehlakçı hüquqlarının müdafiəsi qurumu Rospotrebnadzor bu barədə tövsiyələrini açıqlayıb.

Məlumata görə, qapı bölməsində aşağıdakı məhsulların saxlanması məqbuldur:

Bal, mürəbbə, marmelad - təbii qoruyucu xüsusiyyətlərinə görə;

Souslar, qablaşdırılmış şirələr, qazlı içkilər və bitki əsaslı südlər - qablaşdırmaları açılmadığı təqdirdə;

İçməli qatıq - tam qablaşdırmada olduğu müddətcə.

Qurum həmçinin bildirir ki, açılmış süd məhsulları və içkilər qapıda deyil, soyuducunun əsas kamerasında saxlanmalıdır.

Kərə yağı isə qapıda yalnız 2-3 gün ərzində saxlanıla bilər. Uzunmüddətli istifadə üçün onun daha soyuq bölməyə yerləşdirilməsi tövsiyə olunur.

Bundan əlavə, Parmesan, Çedar və Quda kimi bərk pendirlər, bağlaması açılmamış halda qapıda qala bilər. Lakin açıldıqdan sonra bu məhsullar perqament kağızına bükülüb soyuducunun soyuq hissəsinə keçirilməlidir.

Qeyd olunub ki, ev şəraitində hazırlanmış konservlər yalnız soyuducunun əsas bölməsində saxlanmalıdır - qapıda deyil.

Kənan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
news.milli.az

1Источники