RU

Qadın nüvə buzqıran gəmisinin kapitanı oldu - Rusiya tarixində ilk dəfə

Rusiya tarixində ilk dəfə bir qadın nüvə buzqıran gəmisinin kapitanı təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, təyinat xəbəri Rusiya nüvə sənayesinin 80 illiyi şərəfinə təşkil olunan qala-konsertdə elan edilib.

Belə ki, Marina Starovoytova "Yamal" nüvə buzqıran gəmisinin kapitanı təyin olunub. O, bundan əvvəl həmin gəmidə kapitanın böyük köməkçisi vəzifəsində çalışıb.

Ötən ilin sentyabrında Rusiya Əmək Nazirliyi qadınların işləmədiyi sənaye sahələrinin siyahısının azaldılmasını təklif etmişdi.

Избранный
82
50
publika.az

10Источники