RU

Qars-Naxçıvan dəmir yolunun tikintisinə sabah start veriləcək


Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Dilucu dəmir yolunun (Naxçıvan Muxtar Respublikası ilə sərhəd - redaktorun qeydi) tikintisinin başlanma tarixini açıqlayıb. Mediaya açıqlamasında türkiyəli nazir deyib ki, yeni nəqliyyat layihəsinin icrasına başlanılması mərasimi avqustun 22-nə planlaşdırılıb. “Yeni yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığa mühüm töhfə verəcək, Zəngəzur dəhlizinin açılması ilə isə Pekindən Londona qədər geniş məkanda yük axınlarının səmərəliliyi artacaq”, - deyə türkiyəli nazir vurğulayıb.

Abdulkadir Uraloğlu xatırladıb ki, Türkiyə hökuməti Naxçıvanla sərhədə qədər 224 kilometrlik dəmir yolu layihəsinə 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb edib.

Mətləb

Избранный
68
3
baki-xeber.com

7Источники