RU

"Putin-Zelenski görüşü Trampın fantaziyasıdır" - Lavrov

Rusiya prezidenti Vladimir Putin Volodimir Zelenski ilə görüşməyi planlaşdırmır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb. 

"Düşünürəm ki, avqustun sonunadək Zelenski ilə Putin arasında görüş ehtimalı sıfıra bərabərdir. Şanslar da son dərəcə kiçikdir və ya sonradan yox dərəcəsindədir. Putinlə Zelenski arasında baş tutacaq sammit Trampın fantaziyasından başqa bir şey deyil. O, yəqin ki, Putinin mövqeyini ya səhv başa düşüb, ya da yanlış yola yönəlib", - Rusiya XİN rəhbəri bildirib.

Daha əvvəl Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda nümayəndələrin səviyyəsinin artırılması ideyasını müzakirə ediblər. 

Ağ Evin mətbuat katibi Karolin Levitt deyib ki, bununla Putin Zelenski ilə ikitərəfli görüşə razılaşıb.

Ağarza Elçinoğlu 

Избранный
48
46
unikal.az

10Источники