
Avqustun 20-i saat 18:30 radələrindən başlayaraq, zəhərlənmə əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli, 9-u uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.TƏBİB-dən Ulusum.az-a verilən məlumata görə, göstərilən tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir. Fakt araşdırılır.
Diqqət Çəkənlər
Ürək və çəkidə risk: Kərə yağını necə düzgün yeməli?
Finlandiya parlamentində faciə: naməlum kişi intihar etdi
Süni intellektə ithaf: ailə qızına ChatGPT adını qoydu