RU

Şimali Koreyanın gizli bazası aşkarlanıb

ain.az, Azvision portalına istinadən məlumat verir.

Bu iddia ABŞ-nin paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında vurğulanır. Bildirilir ki, "Sinpun-don" adlı qeyri-rəsmi raket əməliyyat bazası ölkənin Şimali Pyonqan vilayətində, Çinlə sərhəddən təqribən 27 kilometr məsafədə yerləşir. "Ehtimal ki, burada 6, yaxud 9 ədəd nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketlər, habelə onların buraxılış qurğuları var", – hesabatda göstərilir. Mərkəzin iddiasına görə, mümkün surətdə saxlanılan bu silahlar həm Şərqi Asiya, həm də ABŞ üçün potensial nüvə təhlükəsi yaradır. Xatırladaq ki, Şimali Koreya 2019-cu ildə ABŞ ilə uğursuz sammitin ardınca nüvə silahı proqramını daha da gücləndirib. Lider Kim Çen İn bu yaxınlarda da ölkənin nüvə potensialının "sürətlə genişləndirilməsi" məqsədilə öz alimlərinə tapşırıq verib. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
41
2
azvision.az

3Источники