RU

Çin ən yeni silahlarını nümayiş etdirəcək

Yazını böyüt
Yazını kiçilt

Çin İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi şərəfinə sentyabrın 3-də keçiriləcək hərbi parada hazırlaşır.

Hafta.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Bildirilib ki, Pekin hərbi parad zamanı ən yeni silahlarını təqdim edəcək.

Paradda quru və dəniz döyüş vasitələri, hava və raketdən müdafiə sistemləri, pilotsuz və strateji zərbə qüvvələri nümayiş etdiriləcək. Bir çox silahların ilk dəfə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

"Qələbə günü" mərasimi Tyananmen meydanında keçiriləcək və Çin sədri Si Cinpinin rəhbərliyi ilə təxminən 70 dəqiqə davam edəcək.

Избранный
9
1
hafta.az

2Источники