ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18E “Super Hornet” qırıcı təyyarəsi Virciniya sahillərində təlim uçuşu zamanı okeana düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Nazirliyindən məlumat verilib.
Pilot katapult edə bilib.
Qəzanın səbəbləri araşdırılır.