RU

AzQAC baş ofisində rəsmi görüş -Fotolar



2025-ci il avqust 20-də Fələstin dövlətinin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkil Novruz Aslanov ilə Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani arasında görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə iki dövlət arasında qarşılıqlı əməkdaşlıq, gələcək qarşılıqlı fəaliyyət perspektivləri və bu məsələdə milli cəmiyyətlərin rolu mövzusuna toxunulub.

Səfir Əhməd Metani öz növbəsində Azərbaycan dövlətinin Fələstin xalqına və dövlətinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Daha sonra, söhbət zamanı əməkdaşlığa dair geniş spektrda fikir mübadiləsi aparılıb, Fələstində onkoloji xəstələr üçün göstərəcək xüsusi tipli müalicə mərkəzin yaradılması layihəsinin həyata keçirilməsinə müvafiq köməklik edilməsi barədə müraciət olunmuşdur.

Sonda, Səfir Əhməd Metaniyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik yubileyinə həsr olunmuş müvafiq hədiyyə edilmişdir.



Избранный
16
aia.az

1Источники