RU

Piyadalar magistral yolda yolu haradan keçməlidirlər? – BDYPİ açıqladı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin maarifləndirici “1 sual – 1 cavab” rubrikası hərəkət iştirakçılarının ən çox maraqlandığı məsələləri işıqlandırmağa davam edir. Rubrikada bu dəfə magistral yollarda piyadaların hərəkəti mövzusu gündəmə gətirilib.

Adalet.az xəbər verir ki, magistral yollar sürət rejiminin yüksək olduğu, intensiv hərəkətin müşahidə edildiyi ərazilərdir. Belə yollarda piyadaların qaydalara uyğun davranışı həm onların özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır.

Rubrikada məhz bu mövzuya toxunularaq “Piyadalar magistral yolda yolu haradan keçməlidirlər?” sualına rəsmi izah verilib.

Layihənin məqsədi hərəkət iştirakçılarının gündəlik həyatda üzləşdiyi suallara sadə və aydın cavablar təqdim etməklə onların yol hərəkəti qaydaları barədə biliklərini artırmaqdır.

Избранный
27
9
adalet.az

10Источники