RU

Napoli Lukakunu əvəzləyəcək üç futbolçu tapıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 avqust, AZƏRTAC

İtaliyanın “Napoli” klubu Yunanıstan təmsilçisi “Olimpiakos”la yoldaşlıq oyununda zədələnən Romelu Lukakunun əvəzinə hücumçu axtarır.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Yunayted”dən Rasmus Hoylund, “Roma”dan Artyom Dovbik və “Sassuolo”dan Andrea Pinamontini transfer gündəminə daxil edib.

“Napoli” rəhbərliyi transfer pəncərəsinin sonunadək bu üç futbolçudan birinin keçidini rəsmiləşdirməyi planlaşdırır.

Tibbi müayinədən sonra R.Lukakunun sol bud əzələsində yırtıq müəyyən edilib. Ulduz futbolçunun müalicə müddətinin ən azı 3 ay davam edəcəyi və onun yaşıl meydanlara 2026-cı ilin yanvarında qayıdacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
2
azertag.az

3Источники