Bakı, 21 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 363 min elektron arayış verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və digər sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidmətləri yaradılıb.
Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təminedilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.