Dağıstanda Azərbaycanla sərhəddə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən əcnəbi saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Xüsusi xidmətin məlumatına görə, xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb.
O, Rusiya Hərbi-Sənaye Kompleksinin (MİK) əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək üçün qaçırırmış: "O, Rusiya hərbi-sənaye kompleksinin məxfi daşıyıcılarından birinə hücum nəticəsində əldə edilmiş rəsmi materialların Rusiya ərazisindən çıxarılması əməliyyatını həyata keçirirdi".
Həmin şəxs etiraf edib ki, Rufullayevin qardaşı, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşı, 1981-ci il təvəllüdlü Səbuhi Ramiz oğlunun göstərişi ilə sənədləri və mobil telefonu sonradan Ukraynaya çatdırmaq üçün Kurqan vilayətində gizləndiyi yerdən götürüb.
Ağarza Elçinoğlu